Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 755 milyon dolları ötüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 755 milyon dolları ötüb

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalaraq 755,1 milyon dollar təşkil edib.

Trend bu barədə Rusiyanın Aqrar-Sənaye Kompleksinin İxracın İnkişafı Mərkəzinin icmalına istinadən məlumat verir.

Hesabata əsasən, 2021-ci ilin yanvar-avqust aylarında Rusiyanın Azərbaycana ixracı 4,7 faiz azalaraq 390,1 milyon dollar, Azərbaycandan idxal isə 0,8 faiz artaraq 365 milyon dollar təşkil edib.

Hesabat dövründə Rusiya Azərbaycandan xurma idxalını 2,2 dəfə, şaftalı idxalını 2,8 dəfə, kartof idxalını 24,6 faiz artırıb, pomidor ixracını 22,8 faiz, gilas və albalı idxalını 36,1 faiz, fındıq idxalını isə 8,4 faiz azaldıb.

Eyni zamanda, Rusiya Azərbaycana şəkər ixracını 39,5 milyon dollar, taxıl ixracını 18,1 milyon dollar, kartof ixracını 5,2 milyon dollar artırıb, günəbaxan yağı ixracını 23,8 milyon dollar, şokolad məmulatlarını 3,9 milyon dollar azaldıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            591 08.10.21 19:55