Azərbaycan neftinin maya dəyəri açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Azərbaycan neftinin maya dəyəri açıqlandı

2020-ci ildə 1 ton neftin istehsal maya dəyəri 118,85 manat təşkil edib və keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,97 manat və ya 4 % azalıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) illik hesabatında qeyd olunub.

Şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,4%, əmək haqqı xərcləri 16,4%, sosial sığortaya ayırmalar 3,4%, amortizasiya ayırmaları 19,5 %, təmir xərcləri 9,1 %, texniki xidmət xərcləri 5,1%, nəqliyyat xərcləri 15,4%, mədən vergisi 8,1%, digər vergilər 5,7% və s. təşkil edir.

Neftin nəqli və İstehsalat birliyinin digər xərcləri də nəzərə alınmaqla 1 ton neftin tam maya dəyəri 153,56 manat təşkil etdib.

Neftin maya dəyərinin azalması keçən ilə nisbətən material xərclərinin, elektrik enerjisi xərclərinin, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, mədən vergisi, digər xidmətlər üzrə xərclərin azalması hesabına baş verib. Belə ki, material xərcləri 5 121 min manat (15,2%), elektrik enerjisi xərcləri 1 349 min manat (17,6%), əsaslı təmir və texniki xidmət xərcləri 25 795 min manat (17,8%), nəqliyyat xərcləri 15 656 min manat (10,8%), mədən vergisi 2 711 (3,9%), digər xidmətlər 6 150 min manat (10,5%) azalıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            546 07.10.21 23:33