Qlobal ərzaq qiymətləri son 10 ilin maksimumuna yüksəlib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Qlobal ərzaq qiymətləri son 10 ilin maksimumuna yüksəlib

Qlobal miqyasda ərzaq məhsullarının qiymətləri son 10 ilin maksimumuna yüksəlib.

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayı üzrə Qlobal Ərzaq Qiymətləri İndeksinin aylıq əsasda 1,2 % artdığını açıqlayıb. Bu ilk növbədə bitki yağlarının, dənli bitkilərin və şəkərin qiymətlərinin artması ilə bağlıdır.

Hesabat ayında bitki yağlarının qiymət indeksi avqusta nisbətdə 1,7 % və ya 2,9 bənd artaraq 168,6 bənd təşkil edib. Artım əsasən palma və kolza yağlarının bahalaşması hesabına olub.

Dənli bitkilərin qiymət indeksi sentyabrda 2 % və ya 2,6 bənd artmaqla 132,5 bəndə çatıb. Aktiv qlobal tələb fonunda ixrac təklifinin azalması ilə bağlı ən çox buğda bahalaşıb. Hətta arpanın belə qiyməti artıb.

Ötən ay şəkərin qiymət indeksləri 0,5 % və ya 0,6 bənd artaraq 121,2 bəndə çatıb. Qiymətlərin bahalaşması şəkərin ən böyük ixracatçısı olan Braziliyadakı şaxta və quraqlıqla bağlıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 164 07.10.21 22:43