Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Novosibirsk vilayəti üzrə idarəsi bu ilin əvvəlindən ixrac edilməsi nəzərdə tutulmuş 10 327 ton heyvandarlıq məhsulları və ondan əlavə 1,5 milyon ədəd yumurta (415 partiya) üzərində yoxlama tədbirləri həyata keçirib.
"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac məhsulunun həcmi 2,7 dəfə, malların sayı isə 73% artıb.
Məhsullar Almaniya, Fransa, İtaliya, Hollandiya, Çexiya, Slovakiya, Litva kimi Avropa ölkələrinə, eləcə də Yaponiya, Çin, Hindistan, Talland, Vyetnam, Tacikistan, Öxbəkistan və Azərbaycan kimi Asiya ölkələrinə göndərilib.