Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Kalininqrad bölgəsi üzrə idarəsi bu ilin əvvəlindən 428 min tonu taxıl olmaqla, 1 130 tondan çox məhsulu yoxlayaraq ixracına icazə verib.
"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, Kalininqrad vilayəti üzrə bitki məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 % artıb.
İxrac əsasən Avropa İttifaqına (Litva, Almaniya, İspaniya, Polşa), Çin, Bəhreyn Krallığına, Avrasiya İqtisadi Birliyi ölkələrinə, Azərbaycan, Özbəkistan və digər ölkələrə həyata keçirilib.
Bütün bitki məhsulları (taxıl, onun emalı məhsulları, turp toxumu, torf substratı, taxta və s.) üzrə 7 365 fitosanitar sertifikatı verilib.
Aparılan müayinələrin nəticələrinə əsasən, tənzimlənən bütün məhsullar karantin orqanizmləri daşımadığı və təhlükəsizlik tələblərinə uyğun olduğu bildirilib. İxrac Rusiyanın qanunvericiliyinə, idxalçı ölkələrin tələblərinə uyğun olaraq həyata keçirilir.