IMF kriptovalyutalar üzərində tənzimlənməni gücləndirməyə çağırır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

IMF kriptovalyutalar üzərində tənzimlənməni gücləndirməyə çağırır

Beynəlxalq Valyuta Fondu (IMF) maliyyə sabitliyi üçün bir sıra problem və risk yaratdığı üçün kriptovalyuta industriyası üzərində nəzarəti gücləndirməyə çağırıb.

IMF-ə görə, bu sahənin bir çox nümayəndəsində effektiv idarəetmə vasitələri və riskləri idarəetmə təcrübəsi çatışmır.

“Kriptoaktivlərin şərti anonimliyi tənzimləyici orqanlar üçün məlumatlarda boşluq yaradır. Bu, çirkli pulların yuyulması, həmçinin terrorizmin maliyyələşməsi üçün arzuolmaz imkanlar açır. Eyni zamanda kriptovalyuta ekosistemi müxtəlif ölkələrdə fərqli hüquqi normaların təsiri altına düşduyunə görə koordinasiyanı çətinləşdirir. Bunda başqa kriptoaktivlər vergidən yayınmağa imkan verir ki, bu da fiskal siyasət üçün təhdidləri gücləndirə bilər. Kriptoaktivlərə olan yüksək tələb kapital axınına səbəb olur”, - Fondun məlumatında deyilir.

IMF hesab edir ki, maynerlərin Çini tərk edərək inkişaf etməkdə olan ölkələrə getməsi daxili enerji istehlakı üçün əlavə problemlər yarada bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 185 02.10.21 19:02