Sentyabrın 30-da keçirilən ticarət sessiyasında Avropadakı qazın qiyməti tarixi rekordunu bir daha yeniləyib və 1000 kubmetr üçün 1190 ABŞ dollarına yaxınlaşıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu ICE birjasının məlumatları sübut edir.
Hollandiyadakı TTF mərkəzində noyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1187,45 ABŞ dollarına çatıb. Günün əvvəlindən etibarən qazın ümumi artımı 13 %-dən çoxdur.
Bu həftənin əvvəlində Avropada qazın qiyməti tarixdə ilk dəfə olaraq 1000 kubmetr üçün 1000 ABŞ dollarını keçdi.