Avropanın fyuçers bazarında qazın qiyməti 2,8% azalaraq 1000 kubmetr üçün 865,7 ABŞ dollarına düşüb.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın oktyabr fyuçerslərinin qiyməti günə 1000 kubmetr üçün 871,2 ABŞ dolları ilə başlasa da sonradan ucuzlaşıb.
Hazırda Avropanın fyuçers bazarında qazın qiyməti dəyişkəndir. Belə ki, hələ sentyabrın ortalarında qiymətlər rekord 963,9 ABŞ dollarınadək yüksəlmişdi.