Neft qiymətləri günün əvvəlində əhəmiyyətli artımdan sonra aşağı düşüb.
"Report" bu barədə "İnterfaks"a istinadən xəbər verir.
Londonun ICE birjasında "Brent" markalı xam neftin noyabr fyuçersləri saat 18:50-yə görə 0,8% azalaraq 73,3 ABŞ dollarına düşüb.
WTI markalı xam neftin fyuçerslərinin qiyməti də 1% azalaraq bir barelə görə 69,45 ABŞ dollar təşkil edir.