“Aİ-92” markalı benzinlə bağlı pis xəbər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

“Aİ-92” markalı benzinlə bağlı pis xəbər

""Aİ-95" və "Aİ-98" markalı benzinin qiymətinin qalxmasının digər qiymətlərə təsiri demək olar ki, "yox" səviyyəsində olacaq. Çünki bu benzindən yalnız ən bahalı, mühərrikləri çox həssas olan xarici markalı avtomobillər istifadə edir. Həmin avtomobillər də yük daşımır".

Bunu iqtisadçı, sabiq maliyyə naziri Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, taksi xidməti göstrən avtomobillər də "Aİ-95" və "Aİ-98" markalı benzindən istifadə etmirlər:

"Bu avtomobillər adətən, "Aİ-92" benzinindən və dizel yanacaqdan istifadə etdikləri üçün "Aİ-95" və "Aİ-98" markalı benzinlərin qiymətinin qalxması taksilərin qiyməti bahalaşdırmasına səbəb ola bilməz".

Median.Az bildirir ki, iqtisadçı bakupost.az-a açıqlamasında qeyd edib ki, benzinin bahalaşması digər məhsulların qiymətlərinin yüksəlməsinə birbaşa təsiri olmasa da, adətən, "Aİ-95" və "Aİ-98" markalı benzinin qiymət artımından sonra "Aİ-92" markalı benzinin qiymətinin yüksəlməsi məsələsi gündəmə gəlir:

"Çünki bunlar eyni növ məhsuldurlar. Dünya bazarındakı dəyişikliklər də Azərbaycan bazarına təsirsiz ötüşmür. Əgər "Aİ-92" markalı benzinin qiyməti yüksələrsə, bizim mal idxal etdiyimiz ölkələrdə yanacağın qiyməti artarsa, onda həmin qiymətlərin digər qiymətlərə təsirindən danışa bilərik".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            888 15.09.21 23:38