Sabahdan “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətində dəyişiklik olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:07 Atmosferi çirkləndirən obyektlər cərimələnib  |     13:55 Sumqayıtda 51 yaşlı qadın döyülüb, telefonu əlindən alınıb  |     13:37 Helikopter qəzasında həlak olan İran XİN başçısının səlahiyyətlərini kim icra edəcək?  |     13:13 1 saylı Respublika Psixiatriya Xəstəxanasında ölüm hadisəsi olub  |     13:04 Rəisin vəfatı ilə əlaqədar Livanda 3 günlük matəm elan edildi  |     12:38 Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi - SƏBƏB  |     12:27 Sabah 25 dərəcə isti olacaq  |     12:19 Sabunçuda evdə üç qadına xəsarət yetirilib: Saxlanılan var  |     12:12 Azərbaycan-Ermənistan sərhədinin Xeyrimli kəndi istiqamətində demarkasiya işləri yekunlaşmaq üzrədir  |     12:09 Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb  |     12:08 Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ  |     12:04 Rüşvətə görə həbs edilən sabiq bələdiyyə sədri hakim qarşısında  |     12:03 Yevlaxda qadın öldürüldü: Əri şübhəli şəxs qismində tutuldu  |     12:00 Azərbaycan XİN İrana başsağlığı verib  |     11:57 Bir ayda Ağcabədidə narkotiklə bağlı 20 nəfər saxlanılıb  |     11:55 Polis mayoru qəfil vəfat etdi  |     11:54 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:53 Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib  |     11:51 Tehran Birjası Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırdı  |     11:50 İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür etdi  |    

Sabahdan “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətində dəyişiklik olacaq

Sabahdan Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik ediləcək.

“Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edəcək.

Premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub.

Qeyd edək ki, “Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymət artımı onun idxal dəyərinə və respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir.

Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

Sabah “SOCAR Petroleum” QSC bununla bağlı məlumat yayacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            537 14.09.21 22:47