Bu ilin I yarısında Azərbaycanın neft sektoru İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 1 166,8 milyon manat ödəniş edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur.
6 aylıq ödənişin 583,6 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR), 583,1 milyon manatı isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşüb.