Ölkədə qeyri-rəsmi nikahda olanların sayı barədə məlumat verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Ölkədə qeyri-rəsmi nikahda olanların sayı barədə məlumat verildi

Ölkədə hələ də qeyri-rəsmi faktiki nikah münasibətində olan ailələr müəyyən edilir.

Bu barədə Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova məlumat verib.

O bildirib ki, əhali arasında aparılan maarifləndirmə işləri çərçivəsində həmin şəxslərə onların hüquq və vəzifələri izah edilib və gələcəkdə yarana biləcək hər hansı bir çətinliklər barədə məlumat verilir:

“2021-ci ilin altı ayı ərzində qeyri-rəsmi faktiki nikah münasibətində olan 550 cütlük qeydə alınıb. Onların hamısının tibbi müayinədən keçirilməsinə yardım göstərilib və artıq 487-nin nikahı dövlət qeydiyyatına alınıb”.

Reyhanə Kərimova qeyd edib ki, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da sosial problemlər ailə məsələlərinə təsir edir, ailələrin dağılmasına gətirib çıxarır:

“Nikahın pozulması hallarında artım müşahidə edirdik. Bu bizi narahat etməyə bilməzdi. Mövcud hallarının qarşısını almaq üçün Bakı şəhərində qeydiyyat şöbələrinə psixoloqlar dəvət etdik və nikahın pozulması üçün müraciət edənlərə psixoloqlar tərəfindən xidmətlər göstərilməyə başlandı. Bu xidmətlərin cütlüklərin qərarlarına təsir etdiyini gördük”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 074 11.08.21 17:30