Azərbaycan manatı dəyərini itirir? - Mərkəzi Bankdan AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Azərbaycan manatı dəyərini itirir? - Mərkəzi Bankdan AÇIQLAMA

“Son üç ilin təcrübəsi göstərir ki, pul kütləsinin artımı yüksək inflyasiya təzyiqi yaratmır”.

Bu barədə Oxu.Az-ın sorğusuna əsasən Mərkəzi Bankdan məlumat verilib.

Son statistikalara əsasən, Azərbaycanda pul bazasının həcmi əhəmiyyətli dərəcədə artıb. İqtisadiyyatda pul kütləsinin artması isə inflyasiyaya səbəb olan meyarlardan hesab edilir.

Məsələ ilə bağlı Mərkəzi Bankdan bildirilib ki, ölkədə bu dövrdə pul bazasının artım tempinin yüksək olmasına baxmayaraq, inflyasiya səviyyəsi orta hesabla illik 2,5 faiz olub:

“Pul bazası cari ilin ötən dövründə 4,5 faiz, manatla geniş pul kütləsi isə 5,8 faiz artıb. Dövriyyədə olan nağd pul kütləsinin həcmi isə cüzi (1,8 faiz) artım nümayiş etdirib.

Bütövlükdə, son illər ərzində monetar şəraitin yumşaq saxlanılması çərçivəsində pul kütləsinin artımı makroiqtisadi sabitlik hədəflərinə xələl gətirmədən iqtisadiyyatın pula tələbinin ödənilməsi və iqtisadi aktivliyin dəstəklənməsinə yönəldilib”.

Qeyd edək ki, 2021-ci il avqust ayının əvvəlinə olan göstəriciyə əsasən, Azərbaycanda manatla pul bazasının həcmi 14 213 400 000 manat təşkil edib. Pul bazasının həcmi aylıq müqayisədə 3 faizə qədər, 2020-ci ilin eyni dövrü ilə (illik) müqayisədə isə 21,7 faiz artıb. İlin əvvəlinə Azərbaycanda manatla pul bazasının həcmi 13 564 200 000 manat olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 224 11.08.21 16:24