Avropada mavi yanacağın satış qiymətlərindəki artım davam edir.
“RİA Novosti” xəbər verir ki, bu gün köhnə qitənin əmtəə birjalarında sentyabrda tədarük ediləcək təbii qazın min kubmetrinin qiyməti 553 dollaradək yüksəlib.
Bildirilir ki, gündəlik ticarət sessiyasının başlanğıcında qiymət 540 dollar təşkil edib. Lakin sessiyanın sonuna doğru xeyli artaraq rekord həddə çatıb.
Qiymət artımının əsas amillərindən biri kimi Avropada qaz ehtiyatlarının kəskin azalması göstərilir.