“Azərbaycanda son dörd ay ərzində valyuta seqmentində təklif tələbi üstələyir və buna görə də banklar valyutanı daha çox bazardan alırlar”.
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında nağd valyuta alışının tənzimlənməsi ilə bağlı mediada qaldırılan məsələyə münasibət bildirərkən deyib.
O bildirib ki, ayrı-ayrı banklar və ya Mərkəzi Bank tərəfindən nağd valyuta alışı ilə bağlı tənzimləmənin həyata keçirilməsi məntiqi deyil:
“Bütövlükdə valyuta bazarında qeyri-nağd seqmentdə olan situasiyanı dəyərləndirərkən qeyd etmək istərdim ki, əgər biz üzən məzənnə rejimində olsa idik, manatın məzənnəsini möhkəmləndirmək istiqamətində təzyiqlə üzləşməli olardıq. Lakin, Azərbaycanda belə bir şəraitdə Mərkəzi Bankın adından hər hansı bir administrativ tənzimlənmənin həyata keçirilməsi hesab edirik ki, qeyri-məntiqidir”.
//oxu.az