Salyan rayonunda 26 yaşlı gənci it dişləyib.
"Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Hüseynov Etibar Etibar oğlu yolda gedən zaman qəfil sahibsiz itlərin hücumuna məruz qalıb. İtlərdən biri onu dişlyərək müxtəlif dərəcəli xəsarət yetirib.
E. Hüseynov Salyan mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.