Bu ilin iyun ayında kriptovalyuta ilə ticarətin dəyəri may ayı ilə müqayisədə 42,7% az olub.
Bu barədə “CryptoCompare” adlı hesabatda bildirilir.
Azalmaya səbəb kimi dünyanın aparıcı kriptovalyutası olan bitkoininn ucuzlaşması (ötən ay onun qiyməti 29 min ABŞ dollarına düşüb), həmçinin Çində maynerlərə və onlayn-birjalara qarşı yürüdülən aqressiv siyasət göstərilir.
Beləliklə, ötən ay kriptovalyuta bazarında 2,7 trilyon dollar dəyərində ticarət aparılıb. Ay ərzində kriptovalyuta ilə gündəlik ticarətinin maksimum dəyəri isə 42,3% azalıb.