Yumurta qabığı əsasında diş plombları üçün yapışqan yaradılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:51 İndoneziyada Dukono vulkanı püskürməyə başlayıb  |     14:01 "Kartdan-karta" üsulu ilə işləyən daha 258 sahibkar cəzalandırılıb  |     13:37 Bu gündən bütün marşrut avtobuslarının fəaliyyəti BƏRPA OLUNUB  |     12:48 Türkiyə kanadalı ermənipərəst jurnalistin ölkəyə girişinə qadağa qoyub  |     12:47 Ukraynalı nazir: "COP29-da 300 milyardlıq iqlim hədəfinin razılığa gəlinməsi strateji sazişdir"  |     12:32 Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb  |     12:26 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  |     12:22 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     12:20 Şirvanda zəncirvari QƏZA: 4 nəfər xəsarət aldı  |     12:19 Sumqayıtda hamilə qadın qəfil öldü  |     12:18 Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI  |     22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |    

Yumurta qabığı əsasında diş plombları üçün yapışqan yaradılıb

Alimlər yumurta qabığının əsasında diş plombları üçün yapışdırıcı hazırlayıblar. O, həqiqi diş toxumasının strukturunu və xüsusiyyətlərini, demək olar, ideal şəkildə təkrarlayır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti yazıb.

Yeni yapışqanın hazırlanmasını təsvir edən məqalə “International Journal of Molecular Sciences”də dərc olunub.

Alimlər ən çətin materiallardan birini - dişlərin mineral toxuması olan dentini almağa çalışıblar. O, apatit biomineralının dənəciklərindən, kollagen zülal liflərindən və kariyesin inkişafı və və ya dişlərdə mexaniki travma zamanı məhv olan və ya zədələnən bir sıra digər komponentlərdən ibarətdir. Dentindəki zədələrin düzəldilməsi üçün plomblarda istifadə olunan materiallar diş toxumasından xeyli dərəcədə fərqlənir. Buna görə də onlar dentinlə yaxşı birləşmirlər və nəticədə plomblar tez-tez düşür.

Voronej Dövlət Universitetində dentinin quruluşunu süni şəkildə yaratmağa və tərkibcə ona maksimum yaxın olan yapışqan hazırlamağa çalışıblar. Bunun üçün fiziklər infraqırmızı mikroskopiya və rentgen şüalanmasının sinxrotron mənbəyindən istifadə edərək diş toxumasının quruluşunu araşdırıblar və dentinin kompüter modelini yaradıblar.

Bunun sayəsində alimlər quruluşuna görə dentinin zülal hissəsinə bənzər polimer filamentdən hazırlanmış içi boş çərçivə yaradıblar və onu yumurta qabığının apatit dənəcikləri ilə doldurublar. Fiziklər məhz elə bu material əsasında da plomblar üçün yapışqan yaradıblar. Onun effektivliyini tibbi səbəblərə görə bir neçə xəstədən çıxarılan həqiqi dişlər üzərində yoxlayıblar.

Nəticədə məlum olub ki, polimer və yumurta qabığının əsasında hazırlanan yapışqan dentinlə dayanıqlı kimyəvi bağlar yaradıb və plombun süni materialını buna qədər mövcud maddələrdən daha etibarlı şəkildə yapışdırıb. Alimlər tapıntılarının artıq yaxın illərdə stomatalogiyada praktiki cəhətdən tətbiq olunacağına ümid edirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            633 28.06.21 17:34