Benzinin gömrük dəyəri AÇIQLANIB » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:17 "Qalatasaray" dünya çempionunu transfer etmək istəyir  |     12:09 Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib  |     11:57 Bakıda gənc oğlan qaynar suda YANARAQ ÖLDÜ  |     11:52 Nəriman Nərimanov rayonunda istilik PROBLEMİ - VİDEO  |     11:46 Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı  |     11:22 "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi  |     22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |    

Benzinin gömrük dəyəri AÇIQLANIB

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan ümumi 52 683,62 ton benzin idxal edib.

Oxu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ümumi idxal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artıb, məhsulun ümumi gömrük dəyəri isə 34 320 890 dolları təşkil edib.

Belə ki, bu dövr ərzində 46 731,78 ton həcmində 31 174 660 dollar dəyərində “Aİ-95” premium markalı benzin idxal edilib. Bir ton “Aİ-95” markalı benzinin gömrük dəyəri 667,1 dolları təşkil edib. Bu isə ötən ilin müvafiq dövründə idxal edilən “Aİ-95” markalı benzinin bir ton üçün gömrük dəyərindən 10,9 faiz azdır.

Həmin dövrdə ölkəyə 956,2 ton həcmində və 759 190 dollar dəyərində “Aİ-98” markalı benzin idxal edilib. Bir ton üçün məhsulun gömrük dəyəri 793,96 dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövründə idxal edilən bir ton “Aİ-98” markalı benzinin gömrük dəyərindən 7,2 faiz azdır.

Eləcə də, bu dövrdə 4 999,64 ton həcmində 2 387 040 dollar dəyərində oktan dəyəri 95-dən az olan benzin idxalı baş tutub. Bu məhsulun bir ton üçün gömrük dəyəri 477,4 dollar təşkil edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 326 23.06.21 12:55