Azərbaycan mayda elektrik enerjisini istehsalını 4% artırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:33 Polkovnikin oğlu ev dustaqlığına buraxıldı  |     12:25 Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb - VİDEO  |     12:17 "Qalatasaray" dünya çempionunu transfer etmək istəyir  |     12:09 Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib  |     11:57 Bakıda gənc oğlan qaynar suda YANARAQ ÖLDÜ  |     11:52 Nəriman Nərimanov rayonunda istilik PROBLEMİ - VİDEO  |     11:46 Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı  |     11:22 "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi  |     22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |    

Azərbaycan mayda elektrik enerjisini istehsalını 4% artırıb

Bu ilin may ayında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 81 milyon kVt·st və yaxud 4,3% artaraq 1 980 milyon kVt·st olub.

"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, ay ərzində elektrik enerjisinin ixracı 16 milyon kVt·st, idxalı isə 29 milyon kVt·st təşkil edib.

2021-ci ilin yanvar-may aylarında isə respublikada elektrik enerjisinin istehsalı 10 928 milyon kVt·st olub. Ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 20 milyon kVt·st artaraq 10 115 milyon kVt·st, SES-lərdə 110 milyon kVt·st artaraq 659 milyon kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 2 milyon kVt·st artaraq 154 milyon kVt·st olub. Bu dövrdə külək elektrik stansiyalarında 39 milyon kVt·st, günəş elektrik stansiyalarında 20 milyon kVt·st, bərk məişət tullantılarının yandırılması zavodunda 95 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

5 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 791 milyon kVt·st (İES-lərdə 9 209 milyon kVt·st, SES-lərdə 582 milyon kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 161 milyon kVt·st (İES-lərdə 74 milyon kVt·st, SES-lərdə 69 milyon kVt·st, GES-də 19 milyon kVt·st), müstəqil elektrik stansiyaları üzrə 948 milyon kVt·st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 28 milyon kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 77 milyon kVt·st olub. İrandan 14 milyon kVt·st, Rusiyadan 39 milyon kVt·st, Gürcüstandan isə 23 milyon kVt·st elektrik enerjisi idxal edilib.

Cari ilin 5 ayı ərzində elektrik enerjisinin ixracı 570 milyon kVt·st olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 milyon kVt·st artıb. İrana 14 milyon kVt·st, Türkiyəyə 13 milyon kVt·st, Rusiyaya 39 milyon kVt·st, Gürcüstana isə 503 milyon kVt·st elektrik enerjisi ixrac edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            594 17.06.21 18:13