Bu ilin yanvar-may aylarında Naxçıvan MR-də 23,9 milyon manatlıq informasiya və rabitə xidməti göstərilib.
Median.Az bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 % çoxdur.
Hesabat dövründə Naxçıvanda 17,7 milyon manatlıq mobil rabitə xidməti göstərilb ki, bu da, illik müqayisədə 1,2 % çoxdur.