Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq müzakirə edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:53 Avtоmоbilini keyfiyyətsiz təmir edən ustanı döyən şəxsin cəzası azaldıldı  |     12:33 Polkovnikin oğlu ev dustaqlığına buraxıldı  |     12:25 Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb - VİDEO  |     12:17 "Qalatasaray" dünya çempionunu transfer etmək istəyir  |     12:09 Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib  |     11:57 Bakıda gənc oğlan qaynar suda YANARAQ ÖLDÜ  |     11:52 Nəriman Nərimanov rayonunda istilik PROBLEMİ - VİDEO  |     11:46 Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı  |     11:22 "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi  |     22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |    

Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq müzakirə edilib

İyunun 11-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini Fatih Metini qəbul edib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, qurumun sədri qardaş ölkə ilə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə heyvan sağlamlığının təmin olunması istiqamətində xəstəliklərdən azad zonanın yaradılması, heyvanların identifikasiyası və qeydiyyatı, elektron fitosanitar sertifikatların qarşılıqlı tanınması və mübadiləsi, bitki sağlamlığı sahəsində Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsi məqsədilə təlimlərin təşkili və istedadlı gənclərin qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələri üzrə qardaş ölkədə təhsil almaq imkanları müzakirə olunub. Həmçinin iki ölkə arasında gələcəkdə imzalanması nəzərdə tutulan qida təhlükəsizliyi, baytarlıq, bitki mühafizəsi və karantini sahələrində əməkdaşlıq üzrə “Saziş” layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Səmimi qəbula görə təşəkkür edən türkiyəli qonaq iki ölkə arasında heyvan sağlamlığı, bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            654 11.06.21 22:41