Azərbaycan bankları geri qaytarılmış aktivlərə görə ƏDV ödəmək istəmir » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:33 Polkovnikin oğlu ev dustaqlığına buraxıldı  |     12:25 Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb - VİDEO  |     12:17 "Qalatasaray" dünya çempionunu transfer etmək istəyir  |     12:09 Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib  |     11:57 Bakıda gənc oğlan qaynar suda YANARAQ ÖLDÜ  |     11:52 Nəriman Nərimanov rayonunda istilik PROBLEMİ - VİDEO  |     11:46 Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı  |     11:22 "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi  |     22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |    

Azərbaycan bankları geri qaytarılmış aktivlərə görə ƏDV ödəmək istəmir

Azərbaycanda fəaliyyət göstərən bankları geri qaytarılmış aktivləri görə Əlavə Dəyər Vergisinin (ƏDV) ödənilməsindən azad edilmələrini istəyir.

Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) hazırladığı "Ağ Vərəq" adlı sənəddə bildirilib.

“Vergi Məcəlləsinin 3-cü maddəsində öz əksini tapmış vergilərin müəyyən edilməsi və tutulması prinsiplərinə əsasən, vergitutma ədalətli olmalı, sahibkarlıq və investisiya fəaliyyətlərini təşviq etməlidir. ƏDV-dən azad olan əməliyyatlar Məcəllənin 164-cü maddəsində qeyd olunib. Həmin maddə həm də maliyyə xidmətlərinin göstərilməsi ilə əlaqədar malların təqdim edilməsi üçün şamil olunur. Məcəllənin 164, 13.2.14 və 13.210-cu maddələri birlikdə nəzərə alınmaqla borc təminatı olan daşınmaz əmlakın balans vərəqəsinə ötürülməsi maliyyə xidməti hesab olunur və bu əmlakı bankın digər şəxsə satması ƏDV-dən azad olunmalıdır. Bununla, bank qanunvericilik üzrə yaranmış öhdəlik fonunda birmənalı olaraq bu aktivləri özünün balans vərəqəsində nəzərdən keçirir və mümkün qədər qısa müddətdə onu satır. Qeyd olunmuş vəziyyətdə 18% ƏDV tələbinin geri qaytarılmış aktivlərin satışı təqdirində banklar üçün istisna olunması tövsiyə olunur”, - deyə sənəddə qeyd olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            579 11.06.21 16:57