Səudiyyə Ərəbistanı Asiya bazarına ixrac etdiyi əksər neft markalarının qiymətini iyul ayından etibarən qaldırır.
'Saudi Aramco” şirkətinin açıqlamasına görə, “Arab Light” markası 0,2 ABŞ dolları bahalaşaraq Oman və Dubay neftindən 1,9 dollar baha satılacaq. Həmçinin “Arab Heavy” markalı neft 0,1 dollar ucuzlaşacaq.
ABŞ bazarı üçün qiymətlər dəyişmir, Avropanın şimal-qərbi üçün 0,6-1,4 dollar, Aralıq dənizi hövzəsi üçün isə 0,4-1,1 dollar artırılır.