“Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov neftin qiymətləri ilə bağlı proqnozunu bölüşüb.
Onun sözlərinə görə, 2022-ci ilədək qlobal bazar istehlakın 100 milyon barelinə qayıdacaq.
“Qiymətlərə gəlincə, kifayət qədər təmkinli bir proqnozum var. Hələ bir bareli 50 dollar olan orta müddətli qiymətdən davam edirik”, - deyə o Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Rossiya-24”-ə müsahibəsində bildirib.
Ələkbərov qeyd edib ki, neft bazarında vəziyyət yaxşılaşır:
“Neftin qiyməti artır, benzin istehlakı artır və təyyarə yanacağı istehlakı artmağa başlayıb”.
O hesab edir ki, hazırki vəziyyət “təmkinli nikbinliyə” səbəbdir:
“Hər-halda ümid edirik ki, əhalinin peyvənd edilməsi nəticə verəcək, yenidən insanlar normal həyata, enerji istehlakı 2019-cu ildəki vəziyyətinə qayıdacaq”.