KOB evlərində dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərdən istifadə etmək istəyən sahibkarlar mərkəzlərə gəlmədən onlayn növbə əldə edə bilərlər.
Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılmış “KOB növbə” sistemi KOB evlərinə müraciət edən sahibkarlara daha operativ xidmətin göstərilməsinə imkan verir.
“KOB növbə” tətbiqi sahibkarlara KOB evlərində olan növbə sayı və növbənin bitmə vaxtını izləməyə imkan verir ki, bu da sahibkarların vaxt itkisinin qarşısını alır.
Sahibkarlar “KOB növbə” tətbiqini “Android” (“GooglePlay”) əməliyyat sistemləri ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər (https://play.google.com/store/apps/details?id=aze.asanx.kob_queue).
Qeyd edək ki, sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsi üçün hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir.
KOB evlərinin hər birində sahibkarlara 20-yə yaxın dövlət və özəl qurum tərəfindən 200-dən çox xidmət təqdim olunur. Ətraflı məlumat üçün:
https://bit.ly/3xhY4rs