2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 12 milyon 023,0 min manatlıq məhsul satılıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xidmət subyektləri tərəfindən 2 milyon 401,3 min manatlıq ödənişli xidmət göstərilib.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 0,1 faiz artıb, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 4,1 faiz azalıb.
Ticarət şəbəkəsində 6 milyon 603,8 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyon 419,2 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.