"Ödəniş sistemləri ilə bağlı yeni qanun layihəsinin mayda hazır olması gözlənilir”.
Median.Az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova məlumat verib.
K. Qurbanova bildirib ki, qanun layihəsi üzrə Maliyyə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə müzakirələr tamamlanıb:
"Hazırda Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi ilə müzakirələr davam edir. Mayın sonuna qədər qanun layihəsinin aidiyyatı üzrə razılaşdırıb təqdim edilməsi gözlənilir”.