Əmanətlərin dollarlaşma səviyyəsi açıqlandı - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:33 AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt şöbəsinə bank lisenziyası verib  |     16:32 Bədənin qışdan əvvəl hansı vitaminlərə ehtiyacı var?  |     14:51 İndoneziyada Dukono vulkanı püskürməyə başlayıb  |     14:01 "Kartdan-karta" üsulu ilə işləyən daha 258 sahibkar cəzalandırılıb  |     13:37 Bu gündən bütün marşrut avtobuslarının fəaliyyəti BƏRPA OLUNUB  |     12:48 Türkiyə kanadalı ermənipərəst jurnalistin ölkəyə girişinə qadağa qoyub  |     12:47 Ukraynalı nazir: "COP29-da 300 milyardlıq iqlim hədəfinin razılığa gəlinməsi strateji sazişdir"  |     12:32 Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb  |     12:26 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  |     12:22 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     12:20 Şirvanda zəncirvari QƏZA: 4 nəfər xəsarət aldı  |     12:19 Sumqayıtda hamilə qadın qəfil öldü  |     12:18 Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI  |     22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |    

Əmanətlərin dollarlaşma səviyyəsi açıqlandı - RƏSMİ

2020-ci il ərzində kreditlərin dedollarlaşma (kreditlərin digər valyutada verilməsi) trendi davam edib.

İl ərzində kredit portfelinin dollarlaşması səviyyəsi 5,6 faiz bənd azalaraq 30,2 faiz təşkil edib.

Hazırda, biznes kreditlərinin 46 faizi, istehlak kreditlərinin 7,4 faizi, ipoteka kreditlərinin isə 0,8 faizi xarici valyutadadır. Bank sektorunun likvid aktivləri 10,5 milyard manat olmaqla bank sektorunun cəmi aktivlərinin 32,9 faizini təşkil edir. Sektorun ani likvidlik əmsalı 60,9 faiz təşkil etməklə minimum tələbi (30 faiz) iki dəfə üstələyir.

2020-ci il ərzində bank sektorunun cəmi öhdəlikləri 2,8 faiz (0,8 milyard manat) azalaraq 27,4 milyard manat təşkil edib (bağlanmış banklar nəzərə alınmadan 2020-ci il ərzində bankların cəmi öhdəlikləri 1,7 faiz artıb). Depozitlər cəmi öhdəliklərin 74 faizi həcmindədir ki, bunun da 40 faizi (8,2 milyard manat) əhalinin əmanətləridir.

Hesabat ilində əmanətlərin həcmində azalma (8 faizlik) sektordan kənarlaşdırılan banklarla bağlı olub. Bağlanan banklar nəzərə alınmadan əhalinin əmanətləri 2,9 faiz artıb.

Milli valyutanın məzənnəsində müşahidə olunan sabitlik əmanətlərin dedollarlaşma prosesinə də müsbət təsir göstərib. Bağlanmış banklar nəzərə alınmadan 2020-ci ildə əmanətlərin dollarlaşması 1,4 faiz bəndi azalaraq 51,3 faiz təşkil edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            582 15.03.21 14:04