Vahid Ələkbərov: “Neftdən imtina etmək vaxtı hələ çatmayıb” » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |     18:00 Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  |     17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |     16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |     16:44 Xankəndidə ilk solo konsert keçiriləcək  |     16:29 Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU  |     16:13 İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi  |    

Vahid Ələkbərov: “Neftdən imtina etmək vaxtı hələ çatmayıb”

“Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov bəyan edib ki, neft məhsulları müasir dünyanın təməlidir. Onun sözlərinə görə, neftdən imtina etmək vaxtı hələ çatmayıb.

“Kommersant” nəşrinin məlumatına görə, əslən azərbaycanlı olan milyonçu bu fikirləri şirkətinin sosial şəbəkə hesablarında paylaşılan videomüraciəti zamanı səsləndirib.

“Lukoil” rəhbəri bildirib ki, hazırda neftdən geyim, mebel, dərman, elektronika istehsalında istifadə olunur.

“Neftdən imtina etmək çağırışları mənasızdır. İnanın ki, hələ vaxtı çatmayıb”, - deyə V.Ələkbərov qeyd edib. O, şirkətinin tezliklə müasir dövrün tələblərinə cavab verən yeni inkişaf strategiyasını təqdim edəcəyini də bildirib.

Xatırladaq ki, pandemiya bütün neft şirkətləri kimi, “Lukoil”i də hasilatı azaltmağa vadar edib. Şirkət həmçinin neft məhsullarının emal həcmini də aşağı salıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 665 11.02.21 21:45