Bu ilin doqquz ayı ərzində kənd təsərrüfatı məhsullarının istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artıb.
Oxu.Az-ın məlumatlna görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
O bildirib ki, kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin Ümumi Daxili Məhsulda payı 6,2 faiz təşkil edib. Nazirin sözlərinə görə, həmçinin, aqrar məhsulların Azərbaycandan ixracı ötən ilin müvafiq dövrü ilə əsaslı formada artıb.
“Hesab edirik ki, bu göstəricilər ilin sonunadək artacaq. Bu göstəricilər ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində düzgün dövlət siyasətinin nəticəsi sayıla bilər”.