Mojo.az Banner
17:08 Pensiyalar nə vaxt veriləcək?  |     17:08 Abşeronda motoxuliqanlıq edən 30 sürücü saxlanıldı - VİDEO  |     16:41 Leyla Əhmədova həbs olundu  |     16:41 Bu il neçə kişiyə ödənişli atalıq məzuniyyəti verilib?  |     16:39 "Kəpəz" - "Qəbələ" qarşılaşması sükutla başlayacaq - SƏBƏB  |     16:37 Gənc oğlan Bakıda daş karxanasında öldü  |     16:05 İran-Azərbaycan sərhədində 38 kq narkotik aşkarlanıb  |     15:29 Azərbaycanda sabiq icra başçısı VƏFAT ETDİ - FOTO  |     15:05 Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib  |     14:54 Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı  |     14:47 Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar  |     14:46 Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SƏRƏNCAM  |     14:45 Qumarda 20 min manat uduzan növbə rəisi HƏBS EDİLDİ  |     14:44 Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlandı  |     14:43 Bakı Olimpiya Stadionu nə vaxt hazır olacaq?  |     14:41 Avtomobil bazarında yeni qayda – Çindən maşın gətirmək çətinləşir  |     13:24 Bu gün Masallının bəzi kəndlərində qaz olmayacaq  |     13:23 Bakı ilk onluqda: Riyazi savadlılıq üzrə nəticələr AÇIQLANDI  |     13:21 Gürcüstanın cənubunda ard-arda iki zəlzələ baş verib  |     13:19 Boş qalan yerlərə qəbul ELAN EDİLDİ - İki gün vaxt var  |    
Left Banner
Right Banner

Nadir Qafarzadəyə qadağa qoyulub? - “Əxlaqsız insana yalnız...” - AÇIQLAMA

06.09.2019 19:25 3 497
Nadir Qafarzadəyə qadağa qoyulub? - “Əxlaqsız insana yalnız...” - AÇIQLAMA
"İllərdir yay mövsümündə 3 ay tam dincələ bilmirəm. Çünki tədbirlərə qatılıram, mahnılar, kliplər təqdim edirəm".

Median.Az
xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. O qeyd edib ki, bu yay 10-a yaxın yeni mahnı oxuyub:

"Bunlardan "Axtarma məni", "Ay dəli dəli", "Zır dəli oluram" mahnılarımı misal gətirmək olar. Hətta kliplər də çəkdik. Yeni işlərimiz çoxdur. İnşallah yeni layihəmi də təqdim edəcəm.

Mən yaranan gündən ancaq işləyirəm. Buna baxmayaraq, 10 gün də olsa, dincəlməyə vaxt ayırıram. Həyat yoldaşımla birgə Türkiyədə dincəldim. Daha sonra Azərbaycanın bir neçə bölgəsində olduq. Açığını deyim ki, istirahətə çox zamanım olmadı. Çünki bölgələrdə keçirilən bir neçə konsertlərə dəvət almışdım. Bundan başqa klip çəkilişləri də bir müddət davam elədi".

Müğənni son günlər efirdə az-az görünməsi ilə bağlı da danışıb. Bildirib ki, son açıqlaması ilə bağlı ona televiziyaların efir qadağası qoyması xəbəri yalandır:

"Məncə bu barədə danışmaq gülüncdür. Çünki həyatda hər kəsin bir düşüncəsi var. Əxlaqsız insana yalnız əxlaqsızlar dəstək olur. Öz fikrimi demişəm. Bunu başqa yerə yozanlar günahı özlərində axtarsınlar. Mənə qadağa qoyulmayıb. Hansı dövrdə yaşayırıq ki?! Demokratik ölkədə yaşayırıq. Azad fikrimi söyləmişəm. Burada qadağan ediləcək nə var ki?! Belə bir şey yoxdur. Bir neçə verilişlərdən dəvət almışam. Yeni mövsümdən, yeni mahnılarla efirdə olacağam" - deyə Nadir Qafarzadə əlavə edib.скачать dle 11.3
Mojo.az Banner