Xaçmazda məktəb direktoru piyadanı vurdu » Median.Az News Agency


Xaçmazda məktəb direktoru piyadanı vurdu
Xaçmazdakı yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.

Hadisə Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Xaçmaz rayonunun Nabran qəsəbə sakini, 59 yaşlı Mirbala Orucov idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə piyada, 59 yaşlı Qusarçay kənd sakini İslam Canıyevi vurub. Qəza nəticəsində piyada ölüb.

Qeyd edək ki, qəzanı törədən M.Orucov Nabran orta məktəbinin direktorudur.

Faktla bağlı araşdırma aparılır.
/oxu.az/скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          572 06.09.19 13:14