Neymar məhkəmə yolu ilə "Barselona"dan 26 milyon avro almaq istəyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Neymar məhkəmə yolu ilə "Barselona"dan 26 milyon avro almaq istəyir

PSJ-nin braziliyalı hücumçusu Neymar keçmiş klubu "Barselona"nı məhkəməyə verməyə hazırlaşır. Futbolçu 2016-cı ilin yayında klubla müqaviləsini uzadarkən bonus olaraq əldə etməli olduğu 26 milyon avronu almaq istəyir.

Öncədən Neymarın uzadılmış müqaviləyə görə 40 milyon avro alacağı deyilsə də, klub ona yalnız 14 milyon ödəyib. Neymar PSJ-yə keçmək istəyini bildirəndən sonra "Barselona" rəsmiləri pulu tam həcmdə ödəməkdən vaz keçiblər.

Öz növbəsində ispan klubu da Neymarı məhkəməyə verib, müqavilə şərtlərini yerinə yetirmədiyi üçün 75 milyon avro təzminat almaq istəyir.

Məhkəmənin sentyabrın 27-də baş tutacağı gözlənilir. Artıq hər iki tərəf görüş üçün məhkəməyə çağırılıb. Bundan başqa PSJ-nin prezidenti Naser Əl-Xəlaifinin də şahid qismində çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında rekord məbləğə - 222 milyon avroya Fransanın PSJ komandasına keçib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 191 03.09.19 22:35