Şahzadə Corcun dərs proqramı açıqlandı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Şahzadə Corcun dərs proqramı açıqlandı - FOTO

Tezlikdə bütün dünya bilik gününü qeyd edəcək. Britaniya taxt-tacının varisi də başqa uşaqlar kimi çantasını toplayıb, yeni dərs ilində məktəbə gedəcək.

Bu yayı balaca Şahzadə çox aktiv şəkildə keçirib: paradda iştirak edib, polo matçına baxıb, valideynləri ilə birgə Mustique adasında dincəlib, bir müddət isə nənəsinin yanında qalıb. Lakin qarşıdan sentyabr gəlir, o, qayğısız və əyləncəli həyatı unutmalı qalacaq.

Məlum olduğu kimi, Tomas Battersea məktəbində Şahzadə Corc riyaziyyat, din, coğrafiya, ingilis və fransız dillərini, həmçinin tarix, kompüter elmləri, dizayn, musiqi, incəsənət və balet dərslərini alacaq. İkinci sinifdə Corcu "ev tapşırığı"da gözləyir. Belə ki, məktəbin veb saytındakı məlumatlara görə, şagirdlər yatmazdan öncə hər gecə 10 dəqiqə oxumalı və orfoqrafik məşqlər etməli olacaqlar.

Şahzadənin proqramında 6 dəqiqəlik Motsart, Haydn və Bethovenin əsərləri ilə tanışlıq, 40 dəqiqəlik teatr və musiqi dərsləri də var.

Qeyd edək ki,sentyabrın biri təkcə Corc üçün deyil, həm də bu il ilk dəfə məktəbə qədəm qoyacaq Şahzadə Şarlotta üçün xüsusi bir olacaq.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            998 24.08.19 18:09