Azərbaycan Premyer Liqasında mövsümün ilk heç-heçəsi qeydə alınıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |    

Azərbaycan Premyer Liqasında mövsümün ilk heç-heçəsi qeydə alınıb

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk turu başa çatıb.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, tura “Bakcell Arena”dakı matç ilə yekun vurulub.

Bakı təmsilçiləri “Neftçi” və “Sabah” mövsümdə ilk çempionat oyununa çıxıb. “Ağ-qaralar”ın üstünlüyü ilə keçən görüşdə hesabı qonaqlar açıblar. Rəşad Eyyubov 33-cü dəqiqədə fərqlənib. Meydan sahibləri cəmi 7 dəqiqə sonra Soni Mustivarlın qolu ilə hesabda tarazlıq yaradıblar.

Matçın ikinci hissəsi qarşılıqlı hücumlarla keçib. Buna baxmayaraq hesab dəyişməyib.

Beləliklə, Azərbaycanın ən titullu klubu “Neftçi” “Sabah”la qarşılaşmada xal itkisi ilə üzləşib – 1:1.

Bu, Premyer Liqada mövsümün ilk heç-heçəsi olub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Keşlə”ni, “Səbail” “Zirə”ni eyni – 1:0, “Sumqayıt” “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası

I tur

19 avqust

“Neftçi” – “Sabah” – 1:1

Qollar: Soni Mustivar, 40 – Rəşad Eyyubov, 33

Baş hakim: Əliyar Ağayev

Bakı. “Bakcell Arena” stadionuскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 059 19.08.19 22:28