Azərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |    

Azərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərdi

Azərbaycanın Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) rəsmi nota göndərib.

Bu barədə diplomatik nümayəndəliyin yaydığı məlumatda deyilir.

Ermənistanın Rusiyadakı səfiri Pyatiqorsk şəhərində keçirilən “Maşuk-2019” Şimali Qafqaz gənclər forumunda Azərbaycan nümayəndəsinin ünvanına işlətdiyi ifadələrə və ardından baş vermiş insidentə görə XİN-ə nota göndərilib.

“2019-cu il avqustun 9-da Pyatiqorskda “Maşuk-2019” Şimali Qafqaz gənclər forumu öz işinə başlayıb. Ermənistanın Rusiyadakı səfiri forum çərçivəsində tədbir iştirakçıları ilə keçirdiyi görüşdə Azərbaycana, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yolverilməz ifadələr işlədib, bu da həmin forumda iştirak etmiş “Bakı Gənclər Klubu” İctimai Birliyinin nümayəndəsi Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib”, - məlumatda deyilir.

Bildirilir ki, S.Rüstəmov səfirliyə məktubla müraciət edərək baş vermiş hadisənin məğzini ətraflı izah edib və onu dəstəkləməyi xahiş edib:

“Azərbaycan cəmiyyətində rezonans doğuran məsələnin ciddliyini nəzərə alaraq, səfirlik Rusiya XİN-ə rəsmi nota göndərib”.

Bundan başqa, Azərbaycan diplomatik nümayəndəliyinin məlumatına görə, səfir Polad Bülbüloğlu daha əvvəl əldə olunmuş razılaşmaya baxmayaraq, Pyatiqorska getməkdən, forumun işində iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.

Forumda Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmiş S.Rüstəmovun sözlərinə görə, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan forum iştirakçıları ilə müzakirə zamanı Qarabağın “əzəli erməni torpağı” olması və “azərbaycanlıların heç vaxt orada yaşamamaları” ilə bağlı iddialarla çıxış edib.

S.Rüstəmov bildirib ki, o, müzakirələr zamanı çıxış etmək istəyib, lakin üzərində “Azərbaycan” yazılan idman köynəyi geyindiyinə görə mikrofona yaxın buraxılmayıb. Üstəlik, Ermənistan nümayəndə heyətinin tərkibindəki bir neçə iştirakçı geyindiyi idman köynəyini cırmağa və ona əl atmağa çalışıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 180 15.08.19 14:00