Argentina millisinin sabiq futbolçusu vəfat etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Argentina millisinin sabiq futbolçusu vəfat etdi
Argentina millisinin sabiq üzvü Xose Luis Braun vəfat edib.

Median.Az
komanda.az-a istinadən xəbər verir ki, keçmiş müdafiəçi uzun müddət idi ki, altsheymer xəstəliyindən əziyyət çəkirdi. Braun 62 yaşında dünyasını dəyişib.

"Tata" ləqəbi ilə tanınan Braun, 1986-cı ildə keçirilən dünya çempionatının finalında - Argentinanın Qərbi Almaniyanı məğlub etdiyi oyunda (3:2) komandasının ilk qolunu vurmuşdu.

Mərhum futbolçu klub karyerasında "Estudiantes", "Boka Xuniors", "Mursiya", "Brest" kimi komandalarda çıxış etmişdu.

Braun 2008-2011-ci illərdə Argentina milli komandasında köməkçi-məşqçi vəzifəsində çalışmışdı.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          469 14.08.19 20:07