Dənizdə boğulan Ramil Türkiyəyə işləməyə gedibmiş... - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:46 Ən xeyirxah BÜRCLƏR - Onlar hər zaman...  |     22:24 Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO  |     21:41 32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO  |     21:34 Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər  |     21:26 Rusiyada sərnişin avtobusu çaya düşüb, iki nəfər ölüb, beşi yaralanıb  |     21:18 BMT Baş Assambleyası fələstinlilərin təşkilata üzv olmaq hüququnu tanıyan qətnamə qəbul etdi  |     20:44 Qazaxda təbii fəlakət fəsadlar törədib  |     20:42 Belarus Baş Qərargahının rəhbəri işdən çıxarıldı  |     20:14 Bakıda təhlükə saçan hotel: Balta ilə içəri girdi - VİDEO  |     20:03 Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı  |     19:51 “Liverpul” mövsüm sonunda oyunçusu ilə yolları ayıracaq  |     19:42 Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO  |     19:30 Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA  |     18:32 Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK  |     18:10 Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ  |     18:05 Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər  |     17:22 Nazir Baş İdarənin rəisini işdən çıxartdı  |     17:17 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO  |     17:10 Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO  |     16:50 Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA  |    

Dənizdə boğulan Ramil Türkiyəyə işləməyə gedibmiş... - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyənin Alanya şəhərində Azərbaycan vətəndaşı Ramil Zeynalov dənizdə boğularaq ölüb.

Median.Az
"Qafqazinfo"ya istinadən bildirir ki, 24 yaşlı Ramil bu ilin yayında dostu ilə Türkiyəyə işləmək üçün gedib. 24 yaşlı gənc əvvəlcə Alaniyada yerləşən "Dinner" otelində aşpaz kimi çalışıb. O, daha sonra iş yerini yaxınlıqda yerləşən restoranların birinə dəyişib.

Bazar günü istirahətindən istifadə edən Ramil, dənizə çimməyə yollanıb. Azərbaycanlı gənc Dimçayla Aralıq dənizinin birləşdiyi yerdə boğularaq ölüb. Onun cənazəsinin avqustun 16-dək Bakıya göndəriləcəyi bildirilir.

Qeyd edək ki, ötən ayın 29-da 24 yaşını qeyd edən Ramil Zeynalov Laçın rayonundan məcburi köçkün olub. O, ailəsi ilə birlikdə Bakının Hövsan qəsəbəsində məskunlaşıb. İmkansız ailənin övladı olduğu bildirilən Ramilin bir bacısı var.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            978 13.08.19 20:01