24 yaşlı anadan 24 gündür xəbər yoxdur - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


24 yaşlı anadan 24 gündür xəbər yoxdur - FOTO
Lənkəranda 24 yaşlı qadın itkin düşüb.

Rayonun Separadi kənd sakini, 1995-ci il təvəllüdlü Şəhanə Söhrab qızı Məmmədzadə yoxa çıxıb.

Ş.Məmmədzadə iyul ayının 20-si səhər saat 10:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha evə qayıtmayıb.

Şəkildəki qadını görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya 050-654-73-15 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Ş.Məmmədzadə ailəlidir və bir uşağı var.
/oxu.az/


скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          903 13.08.19 15:33