Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bu xəstəliyi olanlara "qurbanlıq əti" olmaz - SİYAHI

12.08.2019 20:53 4 748
Bu xəstəliyi olanlara
Qarşıdan gələn Qurbanlıq günü ilə əlaqədar çox evlərdə quzu, qoç əti bol olacaq və bu ətdən yeməklər bişəcək. Qurban ətindən yemək, dadmaq savabdır deyirlər. Amma son zamanlar əhali arasında yayılmış bəzi xəstəlikləri nəzərə alıb qoyun, qoç ətinin zərərləri barədə də xəbərdarlıq etməyi vacib hesab etdik.

Median.Az
bildirir ki, medicina.az qurban ətinin hansı xəstələrə qadağan olduğunu araşdırıb. Əgər bu siyahıya nəzər yetirsək, onu demək olar ki, çox insanlar bu ərəfədə qurbanlıq ətdən bişən yeməklərdən uzaq durmalıdır.

Terapevt Arzu Musayeva qoyun ətinin bu patologiyalara zərərli olduğunu bildirdi:

"İlk növbədə, qoyun əti mədə-bağırsaqda turşuluq dərəcəsini artırır, gec həzm olur. Ona görə xorası, qastriti, reflüks, yüksək turşuluqla bağlı mədə problemləri, xolesistiti olan insanlara qoyun əti yemək olmaz.

Qurbanlıq ət 2 yaşa kimi uşaqlara və yaşı 70-i keçmiş ahıllara da olmaz. Çünki 2 yaşa kimi uşaqların mədə-bağırsağı və mədə turşuluğu bu ətin həzminə uyğun inkişaf etməyib.

Həmçinin əhali arasında geniş yayılmış bu xəstəliklərdə də qoyun ətindən uzaq durulmalıdır:

-Artrit, artroz - qoyun sümüyündə olan bakteriyalar xəstəliyi ağırlaşdıra bilər
-Ateroskleroz - damarlarında tutulması olanlar
-Qan təzyiqi yüksək olanlar
-Şəkərli diabet xəstələri

-Ürək-damar problemləri, insult, infarkt keçirənlər, ürəyində stend yerləşdirilənlər - qoyun ətində yüksək miqdarda lipid olduğu üçün qanda lipidi artırır.
-Böyrəklərində və öd kisəsində daş olanlar
-Qaraciyər xəstələri
-Podaqrası olanlar

Xüsusən qurban kəsiləndən sonra içalatını qovurma edib yeyənlər də ehtiyatlı olmalıdır. Qoyunun qaraciyərində sidik turşusu çox olduğundan, podaqra, daş və oynaq problemi olanlar ikiqat zərər görə bilər.

Son xəbərlər