Yol polisindən sürücülərə vacib - TÖVSİYƏLƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |    

Yol polisindən sürücülərə vacib - TÖVSİYƏLƏR

Baş Dövlət Yol Polisi İdarəsi Qurban bayramında səfərə çıxan sürücülərə yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edib.

Yol polisi qeyd edir ki, sürücülər yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinsin və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısamüddətli olsa da, istirahət etsinlər:

“İsti hava şəraitində soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinin günün sərin vaxtlarında yola çıxmaları məsləhət bilinir. Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir.

Uzaq məsafələrə səfərlər zamanı yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin. Belə halda siz yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa, avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.

Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına xüsusi diqqət yetirin, təhlükəsizlik kəmərini təkcə özünüz deyil, sərnişinlərin də bağlamasını təmin edin. Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu hərəkətlərə başlamazdan qabaq qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün qiymətləndirin, arxayın olmadığınız, yanlış qərar verməyin.

Aparılan təhlillər göstərir ki, bu qaydalara riayət edilməməsi səbəbindən son günlər ağır nəticəli yol nəqliyyat hadisələri qeydə alınıb.

Yol hərəkəti qaydalarına ciddi əməl etməklə həm özünüzün, həm də əzizlərinizin bayram günlərinin xoş keçməsinə şərait yaradırsınız. Unutmayaq ki, əzizləriniz yolunuzu gözləyir”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 503 12.08.19 17:24