Panamanın sabiq prezidenti ilə bağlı qərar verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Dünyanın ən çətin dilləri: İlk 5-lik  |     22:54 Coni Rusiyada daha bir mükafat aldı - FOTOlar  |     22:46 Yeni Kaledoniyada səsvermə hüquqlarının pozulması fonunda komendant saatı tətbiq edilib  |     22:38 Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub  |     22:30 Rusiya MN-nin idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı  |     22:22 Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır  |     22:16 Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI  |     22:08 Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB  |     22:00 Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO  |     21:52 Dəhşətli qəzada ölən qazi ilə dostunun FOTOsu  |     21:45 Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO  |     21:38 Gəliriniz artacaq, maliyyə vəziyyətiniz yaxşılaşacaq – 4 bürcə ŞAD XƏBƏR  |     21:30 Pakistanda yaşayış binasında partlayış: Ölənlər var  |     21:23 Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb  |     21:16 Əli Əsədov İqor Petrişenko ilə görüşdü  |     21:10 Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb  |     21:02 Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ  |     20:56 Daha bir naməlum şəhidin kimliyi bilindi  |     20:48 Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO  |     20:41 Daha 4 kənddə qaz təchizatı dayandırılacaq  |    

Panamanın sabiq prezidenti ilə bağlı qərar verildi

Panama Ali məhkəməsi ölkənin sabiq prezidenti Rikardo Martinellinin üzərindən bütün ittihamları götürüb.

TASS-ın verdiyi məlumata görə, məhkəmə onun dərhal həbsdən azad edilməsi ilə bağlı qərar verib.

Agentliyin məlumatına əsasən, Martinellinin günahsızlığı haqqında qərar həmrəyliklə qəbul edilib. Bildirilir ki, prokurorlar onun günahını sübut edən dəlillər gətirə bilməyiblər.

Xatırladaq ki, Rikardo Martinelli Panamanın prezidenti vəzifəsini 2009-2014-cü illərdə icra edib. O, ölkəni 2015-ci ildə tərk etmişdi, 2016-cı ilin iyununda isə Panama məhkəməsi ABŞ-a siyasətçinin ekstradisiyası ilə bağlı sorğu yollamışdı.

Eks-prezident siyasi şantajla yanaşı, büdcə vəsaitinin israf edilməsində, eləcə də Panama vizalarını qeyri-leqal şəkildə verməkdə ittiham olunurdu. Sabiq prezidenti 21 il həbs cəzası gözləyirdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 836 10.08.19 14:08