Həyat yoldaşından rusiyalı milyarderə qarşı 7 milyard dollarlıq iddia » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |     20:17 Şənbə günü 32 dərəcə isti olacaq  |     20:06 Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib  |     19:57 Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub  |     19:47 Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”  |     19:35 Çin XİN: NATO Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır  |     19:09 “Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB  |     18:58 Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb  |     18:46 Qəzza üzrə təmas qrupu Səudiyyə Ərəbistanında toplaşacaq  |     18:29 “Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi  |     18:22 Bakının bir rayonunda qaz kəsiləcək  |     18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |     17:59 Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO  |     17:55 Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”  |     17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |     17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |     17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |    

Həyat yoldaşından rusiyalı milyarderə qarşı 7 milyard dollarlıq iddia

Rusiyalı oliqarx Vladimir Potaninin keçmiş həyat yoldaşı əmlak bölgüsü ilə bağlı London məhkəməsində iddia qaldırıb.

Bu barədə İngiltərə mətbuatı xəbər yayıb.

Bildirilib ki, Natalya Potanina keçmiş həyat yoldaşından 5.8 milyard funt (təxminən 7 milyard dollar – red.) tələb edir.

“Forbes” jurnalı Potanini planetin ən varlı insanlarından biri kimi təqdim edərək onun sərvətinin 18,1 milyard dollar dəyərində olduğunu yazıb.

Natalya və Vladimir 30 illik evlilikdən sonra - 2014-cü ildə boşanıblar. O vaxtdan bəri keçmiş həyat yoldaşlarının vəkilləri dəfələrlə məhkəmədə görüşüblər. Məhkəmənin çıxardığı qətnaməyə əsasən, Natalyaya üç torpaq sahəsi və biri Rublevkada yerləşən iki ev verilib.

Həmçinin, oliqarx keçmiş həyat yoldaşına Moskvanın mərkəzindəki elit mənzilin dəyərinin yarısını ödəyib.

2017-ci ildə Natalya ərinə qarşı daha iki iddia qaldırıb, lakin Moskva məhkəməsi iddianı rədd edib. İndi Potanina, ortaq şəkildə əldə etdiyi varidatın bir hissəsini London məhkəməsi vasitəsilə almağa çalışır.

RBK-nın məlumatına görə, Vladimir Potanin pulunu və mülkünü qorumaq üçün İngiltərənin ən məşhur boşanma vəkili, “Polad Maqnoliya” ləqəbli Baronessa Fiona Şakletonla iş birliyinə başlayıb.

Qeyd edək ki, Baronessa hazırda Dubay hökmdarı Məhəmməddən Avropaya qaçan həyat yoldaşı Şahzadə Həyyanın hüquqlarını müdafiə edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 115 09.08.19 22:30