Bakıda həbsdə olan oğluna heroin keçirmək istəyən ata saxlanıldı » Median.Az News Agency


Bakıda həbsdə olan oğluna heroin keçirmək istəyən ata saxlanıldı
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Median.Az
xəbər verir ki, Penitensiar Xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Quliyev Pərviz Hümbət oğlu ilə qısamüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Quliyev Hümbət Həbib oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman iki ədəd alışqanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0.903 qram olan narkotik maddə - heroin aşkar edilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          467 07.08.19 19:37