ABŞ-ı ŞOK-a salan cinayətkarın dəhşətli planı - 7 ildir SİYAHI HAZIRLAYIRMIŞ- VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

ABŞ-ı ŞOK-a salan cinayətkarın dəhşətli planı - 7 ildir SİYAHI HAZIRLAYIRMIŞ- VİDEO

ABŞ-ın Ohayo ştatının Deyton şəhərində dəhşətli cinayət törədən və çox sayda insanın ölümünə səbəb olan şəxslə bağlı dəhşətli faktlar müəyyənləşib.

Baku.ws
BBC-yə istinadən xəbər verir ki, barda insanlara silahlı hücum təşkil edən şəxsin kimliyi müəyyən edilib. Ətrafa silahlı atəş açaraq, insanları qıran Connor Bettsin keçmişi barədə araşdırma aparılıb.


Cinayətkar Bettsin əvvəllər təhsil aldığı liseydən qovulduğu müəyyənləşib. Onun təhsil müəssisəsindən qovulmasına isə 2 sinif yoldaşına təcavüz etməsi səbəb olub.

Onun təhsil aldığı liseydə zorlama və qətl siyahısı olub. Bettas ilə birlikdə təhsil alan qızlardan biri bildirib ki, o da cinayətin qurbanı olub.

“Zorlanan qızların siyahısında mənim də adım olub. Digər tələbələrə də şiddət və təzyiqlər edirdi. Çoxu ondan uzaq qaçırdı. İnsanları alçatmaqdan və qorxutmaqdan həzz alırdı”, - deyə Betts bildirib.

Onun törədəcəyi cinayəti 2012-ci ildən planlaşdırırmış. Həmin dövrdə onun təhsil aldığı liseydə tələbələrin çoxu Bettsdən qorxurmuş. Onun təhdid etdiyi gün isə 900 tələbə liseyə getməyib.


Bettisin dostu 23 yaşlı Hannah Şovs “Amerikan Associated Press” agentliyinə bildirib ki, təcavüzə uğrayan qızların siyahısı əvvəldən hazırlanırmış.

“Tələbəlik illərində Betts əlində silah tutmuş kimi gəzir və xoşlamadığı insanları hədəfə alırdı. Qızları qorxudurdu.

Bəzi qızlardan xoşu gəlirdi və onlarla cinsi əlaqədə olmaqdan həzz alırdı. Zorladığı və təcavüz edəcəyi qızların siyahısını əvvəldən hazırlayırdı”, -deyə Hannah Şovs bildirib.

Digər sinif yoldaşları isə Bettsin belə iş tutacağını ağıllarına belə gətirməyiblər:

“10 il birlikdə olan insanın belə rahatlıqla insanları güllələyəcəyini düşünmək həqiqətən də adamı dəhşətə gətirir”, - deyə onu tanıyanlar bildiriblər.


Keçmiş yoldaşları onun silahla belə peşəkarcasına davranmasını maraqla qarşılayıblar.

Çox qəribədir ki, Bettsi tanıyan bəzi insanlar onun çox yaxşı biri kimi xatırlayırlar.

Onun sinif yoldaşı olan Brad Hovard bildirib ki, Betts çox yaxşı uşaq olub:

“Betts düşünmədiyiniz qədər yaxşı uşaq idi. Şiddətdən danışdığını və yaxud irqçiliyi dəstəklədiyini heç eşitməmişəm. Bundan başqa, o çox ağıllı və savadlı biri idi”.


Qeyd edək ki, Bettsin haqqında belə fərqli fikirlərin olması ABŞ polisini və cinayəti araşdıran hüquq-mühafizə orqanlarını çaş-baş qoyub.

Xatırladaq ki, avqustun 4-də Ohayo ştatının Deyton şəhərində bir nəfər silahlı şəxs insanlara atəş açmağa başlayıb. Nəticədə 10-dan çox insan ölüb, 30-a yaxın adam yaralanıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 118 06.08.19 19:29