Dubay şeyxinin “arvadı” Parisdə 1,3 milyon avroluq zinət əşyaları oğurladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |     17:26 Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib  |     17:15 COP29-la bağlı iki xəstəxana ayrılıb  |     17:00 Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib  |     16:52 Bakı restoranında faciə  |     16:15 Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi TƏFƏRRÜAT AÇIQLANDI  |     15:56 Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat  |     15:40 Ermənistanın Azərbaycanla sərhəddəki kəndində torpaq sürüşməsi baş verib  |     15:27 Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO  |     15:21 Yasamalda əməliyyat: Saxlanılanlar var - VİDEO  |     15:09 Almaniya Rusiyadakı səfirini geri çağırıb  |     14:52 Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var  |     14:51 Mayın 8-də geomaqnit qasırğası gözlənilir  |     14:34 Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı  |     14:23 Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI  |     14:22 ABŞ səfiri Şuşaya gedib  |     13:52 Ağdərədə sümük fraqmentləri aşkarlanıb  |     13:51 Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik  |     13:28 Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     13:06 Əli Əsədovdan daimi arbitraj təşkilatı ilə bağlı QƏRAR  |    

Dubay şeyxinin “arvadı” Parisdə 1,3 milyon avroluq zinət əşyaları oğurladı

Naməlum qadın özünü Dubay şeyxinin həyat yoldaşı kimi təqdim edərək, Parisdə zinət mağazasını qarət edib. Bu barədə BFM TV yazır.

Nəşr bildirir ki, çərşənbə günü, iyunun 31-də Parisin lüks zinət mağazasına iki qadın daxil olub. Qadınlardan biri özünü Dubay şeyxinin arvadı adlandırıb, digəri isə onun köməkçisi kimi təqdim olunub. Satıcının sözlərinə əsasən, onlar zinət əşyalarını seçən zaman, butikə dayanmadan telefon zəngləri daxil olurdu.

Qadınlar seçimlərini etdikdən sonra zinət əşyalarına görə ödənişi növbəti gün mağazanın hesabına yatıracaqlarını bildiriblər. Bundan sonra isə bağlama göstərilən ünvana göndərilməli idi. Lakin növbəti gün hesaba vəsait daxil olmayıb, mağazanın əməkdaşları isə bağlamada zinət əşyalarının əvəzinə bulyon kubikləri aşkar ediblər.

Oğurlanan zinət əşyalarının ümumi dəyəri isə 1,3 milyon avro təşkil edir. Hazırda polis qarət faktı üzrə araşdırmaya başlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 210 03.08.19 13:51