2020-ci ildə "iPhone"un kameraları belə olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |    

2020-ci ildə "iPhone"un kameraları belə olacaq

Xəbər verildiyi kimi, məşhur analitik Ming-Chi Kuo bildirib ki, 2020-ci ildə satışa çıxacaq bütün iPhone modelləri 5G şəbəkə dəstəyinə sahib olacaqlar. Bugün isə o, "iPhone"un 2020 modeli barəsində daha bir məlumat verib.

Median.Az
"technot"a istinadən xəbər verir ki, analitikin verdiyi məlumata əsasən, 1 ildən sonra Apple şirkəti Face ID texnologiyasından imtina edəcək və onu daha təkmilləşdirilmiş ToF (Time of Flight) kamera modulları ilə əvəz edəcək.
Belə ki, həmin ToF kamera modulları istifadəçi üzünü sürətli və dəqiq şəkildə skan etməkdən əlavə olaraq 3D modellərin də əldə olunmasına imkan verəcək. ToF kameralar xüsusi sensor əsasında hazırlanıb. Həmin sensor işıq buraxaraq həmin işığın müəyyən obyektdə əks olunacağı sürəti təyin edə bilir. Bu sürəti təyin edəndən sonra sistem obyektə qədər olan dəqiq məsafəni öyrənir. Bu cür kameraya sahib smartfon 1000-ə yaxın ayrı-ayrı nöqtələrə olan məsafəni təyin etməklə obyektin tam 3D modelini yarada blər.
3D kameranın infraqırmızı kameradan əsas üstünlüyü ondan ibarətdir ki, 3D kamera daha uzaq məsafədə çalışa bilir. Analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple şirkəti iPhone 2020 modellərində məhz bu cür 3D kameralardan istifadə edəcək. Bu cür kameralar 2020-ci ildə təqdim olunacaq 3 iPhone modelindən minimum ikisinə inteqrasiya ediləcək. Həmin ötürücülər smartfonun arxa panelində əsas kamera modulunun yanında və ön paneldə Face ID texnologiyasının yerində yerləşdiriləcək. ToF kamera modulları vasitəsilə Apple şirkəti iPhone modellərinin virtual və artırılmış reallıq sahələrindəki imkanlarını genişləndirməyi planlaşdırır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            990 30.07.19 22:30