Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək |
Mojo.az Avto
Mojo.az Avto

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sürücüləri cərimələnəcəklər - VİDEO

13.05.2024 11:38 1 752
Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sürücüləri cərimələnəcəklər - VİDEO
Daxiliyanma mühərrikli avtomobillərin düzgün işləməməsi atmosferə ciddi təsir edir. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, bu gün respublikada atmosferə buraxılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür.

Xezerxeber.az-ın məlumatına görə, avtomobil mütəxəssisi Sahil Ağabəyli bildirib ki, mühərrikdə bir neçə detala vaxtında qulluq etmək lazımdır. Əks halda, mühərrikdən atmosferə xaric edilən dəm qazının miqdarı çox olur. Bəs dəm qazının normada olması üçün sürücü nə etməlidir?

Bəzi avtomobillərin katalitik-çeviricisi, yəni “katalizator”u nasaz olduğu üçün sürücülər tərəfindən çıxarılır. Sahil Ağabəyli deyir ki, katalizatoru olmayan avtomobillərdən dəm qazı normadan artıq çıxır. Usta hesab edir ki, katalizatorun sıradan çıxmaması üçün vaxtında yanacağa qatqı əlavə edilməlidir. Çünki avtomobilin qeyri-müntəzəm işləməsi təkcə atmosferə zərər vurmur.

Qeyd edək ki, mayın 15-dən etibarən bir ay boyunca ölkə ərazisində “Təmiz hava” aylığına başlanacaq. Normadan artıq tullantı ixrac edən avtomobillərin sahibləri 50 manat məbləğində cərimə olunacaqlar.

Ətraflı süjetdə:

Son xəbərlər